Day.Az xəbər verir ki, 321 mindən çox insanın iştirak etdiyi 17 tədqiqatın nəticələri bunu təsdiqləyib.
Məlum olub ki, şiddətli günəş yanıqlarına məruz qalanlarda risk 51%, yüksək tezlikdə günəş yanığı keçirənlərdə isə 69% daha çoxdur. Uşaqlıq dövründə tez-tez günəş yanığı keçirmək isə sonrakı illərdə bu riski təxminən üç dəfə artırır.
Mütəxəssislər günəşin ultrabənövşəyi şüalarının dəri hüceyrələrinin DNT-sinə zərər verdiyini bildirirlər. Qorunmaq üçün günəşdən qoruyucu krem, baş geyimi və uzunqollu geyimdən istifadə etmək, xüsusilə günorta saatlarında birbaşa günəş şüalarından uzaq durmaq tövsiyə olunur.
Комментарии
Загрузка…
Оставить комментарий