Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, Kür-1 və Kür-2 magistral su xətlərini əlaqələndirən, diametri 200 mm olan su xəttində baş vermiş qəza nəticəsində xəttin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb.

Qəzanın aradan qaldırılması üçün Binəqədi Rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası əraziyə cəlb olunub. Qəzalı su xətti və onun üzərində yerləşən siyirtmə üzrə zəruri təmir-bərpa işləri həyata keçirilib.

ADSEA-nın məlumatına görə, təmir-bərpa işləri tam yekunlaşdırılıb və xətt üzrə suyun verilişi bərpa olunub.

Qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılmasının təmin ediləcəyi bildirilib.