Day.Az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.

1 avqust 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 595 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 633 manata çatıb.

Yanvar-iyul aylarında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 203 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.