- Экспериментальный самолет Tacit Blue был разработан компанией Northrop.
- Первый полет состоялся 5 февраля 1982 года на базе 'Зона 51'.
- Проект держался в секрете 14 лет и был рассекречен в 1996 году.
- Самолет предназначался для обнаружения советской бронетехники на большом расстоянии.
- Было произведено только одно такое воздушное судно.
APA 19FortyFive nəşrinə istinadən yazır ki, Tacit Blue Soyuq müharibə dövründə sovet tank və zirehli texnikasını uzaq məsafədən aşkarlamaq məqsədilə hazırlanıb. Təyyarənin əsas üstünlüyü güclü yerüstü müşahidə radarını aşağı radar görünürlüğü ilə birləşdirməsi idi.
Qeyri-adi formasına görə təyyarəyə "Balina" ləqəbi verilib. Onun konstruksiyasında daha sonra B-2 kimi "stealth" təyyarələrdə istifadə edilən hamar və əyri səth texnologiyalarından yararlanılıb.
Tacit Blue iki Garrett turbofan mühərriki ilə təchiz olunub, uzunluğu təxminən 17 metr, qanadlarının açıqlığı isə 15 metr təşkil edib. Qeyri-standart aerodinamik quruluşa görə təyyarənin idarə olunması çətin olub və bunun üçün rəqəmsal uçuş idarəetmə sistemindən istifadə edilib.
Layihə yalnız 1996-cı ildə məxfilikdən çıxarılıb. Tacit Blue-dan cəmi bir ədəd istehsal edilib.
Комментарии
Загрузка…
Оставить комментарий