Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata əsasən, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 faiz artıb.
Vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 4,0 faiz artıb.
Eyni zamanda qeyd edilib ki, qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 1.926 olub. 2026-cı ilin yanvar - iyul aylarında kommersiya qurumlarının 85,8 faizi elektron, 14,2 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.
Ümumilikdə, 2026-cı ilin avqust ayının 1-nə Azərbaycanda uçotda olan 1.715.746 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 5,9 faiz artıb.
Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 211.595 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur.
2026-cı ilin iyul ayında 1.257 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86,1 faizi yerli investisiyalı, 13,9 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 82,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar - iyul aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.
2026-cı ilin avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
Комментарии
Загрузка…
Оставить комментарий