- В январе-июле 2026 года ненефтяной экспорт Азербайджана вырос на 18,3% по сравнению с аналогичным периодом 2025 года, достигнув 2,5 млрд долларов США.
- В июле 2026 года ненефтяной экспорт вырос на 15,8% в годовом исчислении, составив 384,8 млн долларов.
- Экспорт продовольственных товаров в отчетном месяце составил 123 млн долларов, непродовольственных - 261,8 млн долларов (рост на 26%).
- Экспорт сахара увеличился в 2,6 раза, хлопковой пряжи - на 81,9%, растительных и животных масел - на 39,5%, алюминия - на 39,4%.
- Экспорт сельскохозяйственной продукции вырос на 22,1% до 673,4 млн долларов, агропромышленной - на 24,8% до 223,1 млн долларов.
Yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracı artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi "İxrac icmalı"nın avqust sayında qeyd olunub ki, Azərbaycanın qeyri-neft sektorunun ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2026-cı ilin yanvar-iyul aylarında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Mərkəzin məlumatına görə, 2026-cı ilin iyul ayında qeyri-neft sektorunun ixracı ötən ilin eyni ayı ilə müqayisədə 15,8 faiz artaraq 384,8 milyon dollara çatıb.
Qeyd olunub ki, hesabat ayında ərzaq məhsullarının ixracı 123 milyon dollar, qeyri-ərzaq məhsullarının ixracı isə 261,8 milyon dollar təşkil edib və sonuncu göstərici 26 faiz artıb.
"Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq iplik 81,9%, bitki və heyvan mənşəli piylər və yağlar 39,5%, alüminium və ondan hazırlanan məmulatlar 39,4%, pambıq lifi 24,9%, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3%, çay 19,5%, meyvə-tərəvəz 16,4%,spirtli və spirtsiz içkilər isə 3,0% artıb.
2026-cı ilin yanvar-iyul aylarında aqrar məhsullar üzrə ixrac 22,1% artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8% artaraq 223,1 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8% artaraq 896,4 milyon ABŞ dollarına bərabər olub", - deyə icmalda qeyd edilir.
Bununla yanaşı, 2026-cı ilin yanvar-iyul aylarında kənd təsərrüfatı məhsullarının ixracı 22,1 faiz artaraq 673,4 milyon dollar təşkil edib. Aqrar-sənaye məhsullarının ixracı isə 24,8 faiz artaraq 223,1 milyon dollara çatıb.
Vurğulanıb ki, kənd təsərrüfatı və aqrar-sənaye məhsullarının ümumi ixracı 22,8 faiz artaraq 896,4 milyon dollara çatıb.
Комментарии
Загрузка…
Оставить комментарий