- На 2026-2027 учебный год выделено 16 265 плановых мест по I группе специальностей для государственного заказа.
- Для участия в конкурсе по I группе специальностей необходимо набрать не менее 200 баллов общего и 100 баллов по второму этапу.
- Для специальностей математика, физика и компьютерные науки требуется не менее 250 баллов общего и 100 баллов по второму этапу.
- Для специальностей с английским языком обучения в государственных вузах (кроме ADA, Бакинской высшей нефтяной школы, Сумгаитского и Мингечаурского университетов) требуется относительный балл не менее 40 на первом этапе.
- Выбор специальностей будет проводиться с 12 по 19 августа через интернет.
Bu barədə məlumat "Abituriyent" jurnalının 4-cü sayında əks olunub.
Məlumata əsasən, I ixtisas qrupu üzrə həm dövlət sifarişi, həm də ödənişli təhsil üçün müsabiqəyə ümumi balı 200-dən, ikinci mərhələ üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaqlar.
Riyaziyyat, fizika və kompüter elmləri ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, ikinci mərhələ üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaqlar.
Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarına imtahanın birinci mərhələsində nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaqlar.
Aşağıdakı ixtisasların ödənişli əsaslarla ayrılmış yerlərinə isə müsabiqədə ümumi balı 150-dən və ikinci mərhələ üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılacaqlar:
Meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, kompüter mühəndisliyi, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, informasiya texnologiyaları, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi.
Aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, zoomühəndislik ixtisasları üzrə isə həm dövlət sifarişli, həm də ödənişli əsaslarla qəbul müsabiqəsində ümumi balı 150-dən və ikinci mərhələ üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Qeyd edək ki, ixtisas seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq.
Комментарии
Загрузка…
Оставить комментарий