- В Баку стартовали открытые концерты под открытым небом, организованные исполнительной властью города и районов.
- Концерты проходят по субботам в четырех районах города: Хатаинский, Наримановский, Ясамальский и Низаминский.
- В программе концертов представлены эстрадная, народная и классическая музыка, а также инструментальные исполнения.
- Репертуар концертов будет обновляться еженедельно, и они продлятся в течение всего летнего сезона.
Konsert proqramları Xətai rayonundakı "Nizami Gəncəvi" parkında, Nərimanov rayonunda "Gənclik" metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında və Nizami rayonundakı Heydər Əliyev və digər parklarda keçirilib.
Peşəkar və gənc ifaçıların bir araya gəldiyi konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib. Rəngarəng repertuar, canlı ifalar və xoş atmosfer parklara istirahət üçün üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.
İfaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.Yay axşamlarına xüsusi rəng qatan bu musiqi proqramlarının repertuarı hər həftə yenilənəcək və konsertlərin yay mövsümü boyunca hər şənbə günü davam etdirilməsi nəzərdə tutulur.
Комментарии
Загрузка…
Оставить комментарий