Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verib.
Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.
Bildirilib ki, fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Комментарии
Загрузка…
Оставить комментарий