Bu barədə qurumun rəsmi saytında dərc olunan məlumatda bildirilib.

"Qırmızı" xəbərdarlıq Od, Var, Voklüz və Buş-dü-Ron departamentlərinə şamil edilir.

"Yaxın iki gün ərzində Aralıq dənizi bölgəsində güclü istilər və küləyin güclənməsi səbəbindən meşə yanğınları riski yüksək və son dərəcə yüksək olacaq", -deyə xidmətin rəsmi "X" səhifəsində bildirilib.

Proqnoza görə, avqustun 6-da bəzi rayonlarda havanın temperaturu 38 dərəcəyədək yüksələcək.

Qeyd edək ki, 2026-cı ildə Avropada, xüsusilə İspaniya və Fransada meşə yanğınları rekord miqyas alıb. Fransada indiyədək rekord həcmdə - 117 min hektar meşə sahəsi yanaraq məhv olub.