İclasda ölkələrin neft bazarında sabitliyi dəstəkləmək istiqamətindəki ortaq öhdəlikləri çərçivəsində və 2023-cü ilin aprelində elan edilən günlük 1,65 milyon barrellik əlavə könüllü hasilat ixtisarları daxilində, sentyabr ayından etibarən ümumi hasilatın günlük 188 min barrel artırılması razılaşdırılıb.

Qərar çərçivəsində ən yüksək hasilat artımı günlük 62 min barrel olmaqla Səudiyyə Ərəbistanı və Rusiyada reallaşdırılacaq. Gələn ay İraq günlük 26 min barrel, Küveyt 16 min barrel, Qazaxıstan 10 min barrel, Əlcəzair 6 min barrel, Oman isə 5 min barrel hasilat artımına gedəcək.

Qrupun növbəti iclası isə sentyabrın 6-da keçiriləcək.