- 12 августа произойдет полное солнечное затмение.
- Фаза полного затмения редко наблюдается в конкретном месте.
- Фирyдин Гурбансой утверждает, что затмение происходит дважды в год.
- Он рекомендует совершать намаз и читать молитвы для защиты.
- Затмение не вызовет полной темноты на всей Земле.
Milli.Az bildirir ki, Globalinfo.az-a danışan filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy deyib ki, əslində bu, nadir hadisə deyil və ildə iki dəfə baş verir:
"Hər il həm Ay tutulması, həm də Günəş tutulması olur. Günəş tutulmasının da növləri var. Məsələn, tam tutulma və qismən tutulma olur. Tam tutulma da ayrıca bir hadisədir və bununla bağlı müəyyən rituallar var. İnsanlar o ritualları etsələr, əziyyət çəkməzlər. Çünki Günəşin şüaları, Günəşin enerjisi Yer kürəsinə az düşəndə şər qüvvələr aktivləşir. Həmin vaxt iblisə xidmət edənlər də öz rituallarını həyata keçirirlər".
F.Qurbansoy qorunma yollarını açıqlayıb:
"Ən azı iki rükət namaz qılmaq lazımdır. Sonra dəstəmaz alıb dua etsinlər, suyun üzərinə bildikləri surələri oxusunlar və onu asta-asta içsinlər. Bunlar insanın mənəvi baxımdan qorunmasına kömək edir".
Firudin Qurbansoyun sözlərinə görə, dünya qaranlığa qərq olmayacaq:
"Bəli, qaranlıq olması mümkündür. Amma bu, bütün dünyada baş vermir. Günəş tutulması Ayın Yer ilə Günəş arasına keçməsi nəticəsində baş verir. Ay Günəşlə Yer arasında olanda Günəş şüaları müəyyən ərazilərə düşmür və həmin məntəqələr qısa müddətə qaranlıq olur. Sonra Ay hərəkət etdikcə kölgə başqa ərazilərə keçir və qaranlıq da həmin yerlərdə müşahidə olunur".
Комментарии
Загрузка…
Оставить комментарий