Dəyişən şəraitdə qərarların qəbul edilməsinə, gəmi taktiki qruplarının dayanıqlı idarə olunmasına, dəstək qüvvələri ilə qarşılıqlı fəaliyyətin təşkilinə, həmçinin silah və texniki vasitələrdən səmərəli istifadəyə xüsusi diqqət yönəldilib.

Praktiki mərhələ bazalanma məntəqələrində və dəniz poliqonlarında keçirilib. Gəmi heyətləri taktiki qrupların tərkibində birgə üzmə, manevr etmə, naviqasiya təminatı, rabitə və idarəetmə üzrə tapşırıqları yerinə yetiriblər.

Yekun taktiki təlim qərargahların və gəmi taktiki qruplarının qüvvələri idarəetməyə, eləcə də qarşıya qoyulan təlim-döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu təsdiqləyib.