Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata görə, KCNA NATO-nun Avropa və Asiya-Sakit okean regionlarının təhlükəsizliyi ilə bağlı əməkdaşlığını, eləcə də Koreya yarımadası yaxınlığında keçirilən hərbi təlimləri tənqid edib.
Agentlik, həmçinin alyansın silah və digər hərbi ehtiyatlarını artırdığını iddia edərək, bunu "müharibəyə hazırlıq" kimi qiymətləndirib.