- Агентство развития медиа и Университет ADA провели совместные тренинги для представителей медиа.
- Тренинги прошли 30 и 31 июля.
- Темы включали сохранение литературных норм в цифровой среде, современные техники письма и практическое редактирование.
- Обсуждалось влияние алгоритмов социальных сетей и контента на основе ИИ на литературный язык.
- Мероприятие завершилось успешно.
"Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə"
mövzusunda keçirilən təlimlər uğurla yekunlaşıb.
Trend -in təlimdəki müxbiri xəbər verir ki, ikigünlük təlim çərçivəsində rəqəmsal media mühitində ədəbi dil normalarının qorunması, müasir yazı texnikası və praktik redaktənin əsas prinsipləri, sosial şəbəkə alqoritmlərinin və süni intellekt əsaslı məzmunun ədəbi dilə təsiri, medianın bu sahədə öhdəlikləri kimi aktual mövzular müzakirə edilib. Qeyd olunub ki, rəqəmsal transformasiya şəraitində ədəbi dil normalarına riayət olunması, peşəkar yazı və redaktə bacarıqlarının təkmilləşdirilməsi media məzmununun keyfiyyətinin yüksəldilməsi və milli dil dəyərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. 30 və 31 iyul tarixlərində keçirilən təlim çərçivəsində media nümayəndələri üçün "Müasir dövrdə ədəbi dilin praktik işlənmə səviyyəsi: rəqəmsal təhdidlər və imkanlar", "Süni intellekt əsaslı məzmun və sosial şəbəkə alqoritimlərinin ədəbi dilə təsiri", "Ədəbi dilin qorunmasında medianın öhdəlikləri" mövzuları üzrə sessiyalar, eləcə də nəzəri biliklərin möhkəmləndirilməsinə həsr olunan vörkşop təşkil olunub.
Комментарии
Загрузка…
Оставить комментарий