- Азербайджано-Кыргызский Фонд Развития рассматривает около 30 новых инвестиционных проектов в различных секторах экономики Кыргызстана.
- Фонд уже утвердил 11 инициатив, которые создали около тысячи новых рабочих мест.
- Проекты охватывают энергетику, логистику, образование, здравоохранение, промышленность, включая легкую промышленность.
- Фонд планирует поддерживать проекты в регионах, включая Баткенскую, Таласскую, Нарынскую и Иссык-Кульскую области, с фокусом на туризм в Иссык-Кульской области.
- Уставный капитал фонда увеличен до 200 миллионов долларов, что расширяет возможности для реализации новых инициатив.
Onun sözlərinə görə, fond artıq layihələrin həyata keçirilməsinin aktiv mərhələsinə keçib və bu günədək iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 11 təşəbbüsü təsdiqləyib. Bu layihələr nəticəsində təxminən min yeni iş yeri yaradılıb.
"Layihələr energetika, logistika, təhsil, səhiyyə, sənaye, o cümlədən yüngül sənaye kimi müxtəlif sahələri əhatə edir. Hazırda fondun baxışında iqtisadiyyatın müxtəlif sahələrinə aid ən perspektivli 30-a yaxın layihə var", - deyə o bildirib.
O qeyd edib ki, fondun əsas prioritetlərindən biri layihələrin təkcə ölkənin iri şəhərlərində deyil, həm də Qırğızıstanın regionlarında həyata keçirilməsinə dəstək verməkdir.
"Batken, Talas, Narın və İssık-Kul vilayətlərinin inkişafı ilə bağlı planlarımız var. Xüsusilə İssık-Kul bölgəsində əsas diqqət turizm sahəsinə yönəlib", - deyə o vurğulayıb.
Osmonov bildirib ki, fondun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması yeni təşəbbüslərin həyata keçirilməsi imkanlarını genişləndirir.
"Fondun nizamnamə kapitalının 200 milyon dollara artırılması bizə ən perspektivli layihələri daha böyük inamla nəzərdən keçirməyə imkan verir", - deyə o əlavə edib. Osmonov fondun gələcək fəaliyyətinin əsas istiqamətləri kimi energetika, logistika, sənaye və kənd təsərrüfatı məhsullarının emalını göstərib.
"Geniş tərkibdə keçirilən iclas zamanı prezidentlər ölkəmizin iqtisadiyyatının ən böyük potensiala malik sahələrini qeyd etdilər. Bunlar energetika, logistika, sənaye və kənd təsərrüfatı məhsullarının emalıdır. Biz də bu istiqamətlərdə layihələrin həyata keçirilməsində iştirak edəcəyik", - deyə Osmonov bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий