Mütəxəssislərin sözlərinə görə, orqanizm ani temperatur dəyişikliklərindən qorunmalıdır.

Həkimlər otaqların temperaturunun tədricən aşağı salınmasını tövsiyə edirlər. Xüsusilə ürək xəstələrinin kondisioneri 17 dərəcə kimi çox aşağı temperatura tənzimləyərək birbaşa qarşısında yatması məsləhət görülmür.

Mütəxəssislər vurğulayırlar ki, orqanizmin temperatur dəyişikliyinə uyğunlaşması üçün kondisioner optimal otaq temperaturunda işlədilməli, isti və soyuq mühitlər arasında keçidlər isə mərhələli şəkildə həyata keçirilməlidir. Bu yanaşma ürək sağlamlığının qorunması baxımından həyati əhəmiyyət daşıyır.