- Цены на услуги ведущих хны варьируются от 2500 до 10000 манатов.
- Фатима Фаталиева предлагает пакеты от 6000 до 10000 манатов.
- Назиля Сафарли берет 9000 манатов за полную организацию.
- Чинара Алиева взимает 7000 манатов за полный пакет и 3000 за ведение.
- Кенюль Мухтарова берет 2500 манатов только за ведение, полный пакет от 2000 до 15000 манатов.
Day.Az məşhur xına aparıcılarının qonorarlarını təqdim edir:
Fatimə Fətəliyevanın xına məclislərinin qiyməti 6 mindən başlayır. Premium paketin qiyməti isə 10 min manatdır. Həmin qiymətə rəqs şouları, dekor, musiqi, ansambl, oriental rəqslər, DJ və xüsusi şou ilə bəyin restorana gətirilməsi daxildir. Əgər razılığa gəlsəniz, 500 manat məbləğində beh ödəməlisiniz.
Nazilə Səfərli ölkədə tanınan xına aparıcılarından biridir. O, bütöv məclisin təşkili üçün 9 min manat qonorar tələb edir. Qiymətə ansambl, müğənni, açılışda 8 rəqqasə ilə gəlini qarşılama, xınayaxdı zamanı rəqs, "Haxışta" qrupu, 2 naxışçı, bəyi restorana gətirmək üçün zurna dəstəsi, oriental, DJ və sona kimi şairənin öz iştirakı daxildir.
Çinarə Əliyeva bütöv xına məclislərinin təşkili üçün 7 min manat vəsait tələb edir. Qiymətə ansambl, dekor, rəqqasələr, xüsusi şou və s. xidmətlər daxildir. Ç. Əliyeva tək aparıcılıq üçün isə 3 min manat qonorar alır.
Könül Muxtarova təkcə aparıcılıq üçün 2500 manat qonorar alır. Qalan hər şey paket şəklində təklif olunur və qiymət 2 min manatla 15 min manat arasında dəyişir. Qiymətin əsas dəyişmə səbəbi isə qurulacaq dekordan asılıdır.
Xuraman Şuşalı xına məclislərinin təşkili üçün 5-6 min manatdan başlayaraq qonorar tələb edir. Qiymət qonaq sayı və proqramın təşkilinə görə dəyişir. Dekor və xidmətdən asılı olaraq qiymət artıb-azala bilər.
Комментарии
Загрузка…
Оставить комментарий