- Портал Biletim.az внедрил сканирование удостоверений личности для автоматического заполнения данных пассажиров.
- Обновлены разделы 'Карта' и 'Остановки', позволяющие отслеживать автобусы в реальном времени.
- Ранее на портале можно было купить билет только в одном направлении, теперь доступны билеты туда и обратно.
- На портале продаются билеты по 94 направлениям до 58 пунктов, подключено 372 рейса и 420 транспортных средств.
"Biletim.az" portalı üzərindən bilet alarkən sərnişinlərin şəxsiyyət vəsiqəsinin FİN kodu və seriya nömrəsini əl ilə daxil etməsinə ehtiyac qalmayıb. İstifadəçilər şəxsiyyət vəsiqəsini mobil telefon vasitəsilə skan etməklə şəxsi məlumatlarını avtomatik və daha sürətli şəkildə doldura biləcəklər.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, tətbiqdə istifadəçi rahatlığının artırılması məqsədilə bir sıra yeni funksiyalar istifadəyə verilib. Yeni imkan elektron bilet alışını daha operativ həyata keçirməyə şərait yaradır.
Bundan əlavə, "Xəritə" və "Dayanacaqlar" bölmələri də təkmilləşdirilib. Yenilənmiş xəritə funksiyası vasitəsilə sərnişinlər marşrut üzrə avtobusların faktiki yerləşdiyi mövqeni, son təyinat məntəqəsinə çatma vaxtını və digər məlumatları real vaxt rejimində izləyə biləcəklər. "Dayanacaqlar" bölməsində isə avtobuslara minik məntəqələrinin ünvanı və əlaqə nömrələri təqdim olunur.
Qeyd edilib ki, daha əvvəl də "Biletim.az" portalında gediş və qayıdış istiqamətləri üzrə eyni vaxtda elektron bilet almaq imkanı yaradılıb. Əvvəllər sistem üzərindən yalnız bir istiqamət üzrə bilet əldə etmək mümkün idi.
Hazırda "Biletim.az" portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet satılır. Sistemə ümumilikdə 372 reys və 420 nəqliyyat vasitəsi qoşulub.
Комментарии
Загрузка…
Оставить комментарий