Bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir:

"Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.