- Тело утонувшего подростка Нурлана Исмаилзаде найдено в Мардакяне.
- Инцидент произошел 28 июля 2026 года на неконтролируемом участке моря.
- Другой подросток, Рахиль Агазаде, был спасен спасателями МЧС.
- Тело извлечено водолазами Службы спасения особого риска МЧС.
- Расстояние от места происшествия до ближайшего спасательного поста — около 700 метров.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2026-cı il iyulun 28-də Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz ərazisində batan 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 700 metr aralıda yerləşən nəzarətsiz dəniz sahəsində baş verib.
FHN-in "112" qaynar telefon xəttinə iki nəfərin batması barədə məlumat daxil olduqdan sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Keçirilən əməliyyat nəticəsində 2009-cu il təvəllüdlü Rahil Tarıyel oğlu Ağazadə xilas edilib. Digər yeniyetmə - 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin axtarışları aparılırdı.
Комментарии
Загрузка…
Оставить комментарий