- Азербайджан, Туркменистан и Узбекистан начали применять систему eTIR для транзитных перевозок.
- Первая eTIR-перевозка соединила три страны: груз телевизоров и музыкального оборудования проследовал из Азербайджана через порт Туркменбаши в Узбекистан.
- В западном направлении четыре грузовика с хлопком, соком, водой и кондитерскими изделиями из Туркменистана прошли таможенное оформление в порту Туркменбаши и прибыли в Международный морской торговый порт.
- Проект реализован при поддержке IRU и сотрудничестве таможенных органов трех стран, UNECE, ABADA, THADA и AIRCUZ.
- Система eTIR позволяет обмениваться таможенными данными в реальном времени, сокращая бумажный документооборот, риски и время оформления.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Azərbaycandan şərqə doğru hərəkət edən televizor və musiqi avadanlıqları yükü Xəzər dənizi üzərindən "Türkmənbaşı" limanına çatdırılıb, daha sonra isə "Farap" sərhəd-keçid məntəqəsi vasitəsilə Özbəkistana daxil olub. Bu əməliyyat vahid prosedur çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistanı birləşdirən ilk eTIR daşınmasıdır.
Həmçinin qərb istiqamətində isə Türkmənistandan pambıq, şirə, su və qənnadı məmulatları daşıyan dörd yük avtomobili "Türkmənbaşı" limanında gömrük rəsmiləşdirilməsini tamamladıqdan sonra bərə ilə Xəzər dənizini keçərək Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.
Sistemin tətbiq edilməsində Azərbaycan, Türkmənistan və Özbəkistanın gömrük orqanları, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və onun üzv təşkilatları ABADA, THADA və AIRCUZ arasındakı əməkdaşlıq mühüm rol oynayıb.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) dəstəyi ilə həyata keçirilən layihə gömrük məlumatlarının real vaxt rejimində elektron qaydada mübadiləsinə, kağız sənədləşmənin həcminin azalmasına, risklərin minimuma endirilməsinə, gömrük prosedurlarının sürətləndirilməsinə, xərclərin azaldılmasına, əməliyyatların və ticarətin sadələşdirilməsinə imkanlar yaradır.
Eyni zamanda eTIR sistemin tətbiqi Orta Dəhlizin cəlbediciliyinin yüksəlməsi, bu marşrut vasitəsilə yükdaşımaların həcminin artması baxımından da əhəmiyyət daşıyır.
Комментарии
Загрузка…
Оставить комментарий