- Объем грузоперевозок по Среднему коридору вырос более чем в 5 раз за 2022-2025 годы.
- В 2025 году общий грузопоток достиг 4,5-4,7 млн тонн, контейнерные перевозки выросли на 36%.
- Время доставки по маршруту сократилось с 28-32 до 11-13 дней.
- Пропускная способность порта Баку планируется увеличить до 25 млн тонн в год.
- Казахстан намерен увеличить пропускную способность портов Актау и Курык до 30 млн тонн в год.
Bu barədə Trend -ə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aset Nusupov bildirib.
"Rəqəmlər bunu açıq şəkildə göstərir. 2022-2025-ci illər ərzində marşrut üzrə yükdaşımaların həcmi beş dəfədən çox artıb. 2025-ci ilin yekunlarına əsasən, ümumi yük axını 4,5-4,7 milyon tona çatıb. Bunun 76 900 TEU-su konteyner daşımalarının payına düşür ki, bu da əvvəlki illə müqayisədə 36 faiz çoxdur", - deyə nazir müavini bildirib.
O qeyd edib ki, 2026-cı ilin birinci rübündə bu marşrutla 125 konteyner qatarı hərəkət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,4 faiz çoxdur. Eyni dövrdə Sian-Ələt limanı marşrutu üzrə 85 qatar hərəkət edib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Marşrut üzrə çatdırılma müddəti isə təxminən iki dəfə azalaraq 28-32 gündən 11-13 günə enib.
Onun sözlərinə görə, bu dəhlizin Qazaxıstan-Azərbaycan əməkdaşlığı baxımından əhəmiyyətini yüksək qiymətləndirməmək mümkün deyil. Məhz marşrutun qərb istiqamətindəki əsas hissəsi Azərbaycandan keçir. Ələtdə yerləşən Bakı Limanı hazırda Xəzər hövzəsinin ən böyük limanıdır. Onun illik ötürücülük qabiliyyəti 15 milyon tona qədərdir və bu göstəricinin 25 milyon tona çatdırılması planlaşdırılır. Qazaxıstan isə öz növbəsində Aktau və Kurık limanlarını sürətlə inkişaf etdirir. Ölkənin liman infrastrukturunun ümumi ötürücülük qabiliyyətinin ildə 30 milyon tona çatdırılması nəzərdə tutulur.
"Prezidentimiz 2026-cı ildə Aİİ-yə sədrlik etdiyi dövrdə logistikanı inteqrasiyanın beş əsas prioritetindən ikincisi kimi müəyyən edib. Heç bir mübaliğə olmadan deyə bilərəm ki, Orta Dəhliz Qazaxıstan və Azərbaycanın birgə layihəsidir və onun inkişafı ilə bağlı maraqlarımız tam üst-üstə düşür. Hətta deyərdim ki, bu, gələcək nəsillərə qürurla miras qoya biləcəyimiz ortaq irsdir", - deyə A.Nusupov bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий