- Назначен новый директор Иреванского государственного азербайджанского драматического театра имени Джафара Джаббарлы.
- Директором назначен Гаджибаба Исмаил оглы Мамедов.
- Мамедов имеет многолетний опыт работы в театрах, включая Академический национальный драматический театр.
Day.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib.
Qeyd edək ki, Hacıbaba Məmmədov 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1989-cu ildə institutu bitirib.
1989-2000-ci illərdə "YUĞ" Teatrında aktyor (1989-2000), 2000-2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor, 2003-2010-cu illərdə "Qanun" MMC-də mətbəə müdiri, 2010-2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini işləyib. 2014-cü ildən Akademik Milli Dram Teatrında əvvəlcə inzaibatçı, 2016-cı ildən isə direktor müavini vəzifəsində çalışıb.
Hacıbaba Məmmədov bir sıra serial və filmlərdə rol alıb. Bunlardan - "Son hədd", "Sindrom", "Oğurlanmış arzular", "Sevimli düşmən", "Qisas" və digər teleseriallarda oynayıb.
Qeyd edək ki, 2023-cü ildə Aztv-də yayımlanan "Sevginin ünvanı" serialında oynadığı obraz ilə tamaşaçıların yaddaşında qalıb.
Комментарии
Загрузка…
Оставить комментарий