- 23 июля министр иностранных дел Азербайджана Джейхун Байрамов принял помощника президента России Руслана Эдельгериева.
- Обсуждалось сотрудничество в борьбе с изменением климата, вопросы COP и региональные темы.
- Байрамов проинформировал об опыте Азербайджана в рамках председательства COP-29 и сотрудничестве с Австралией и Турцией по COP-31.
- Подчеркнута важность активизации двусторонней рабочей группы по Каспийскому морю.
- Отмечена важность сохранения водных ресурсов и экосистемы Каспия, внедрения инновационных технологий в сельском хозяйстве.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevi qəbul edib.
Nazir Ceyhun Bayramov COP-29 Sədrliyi çərçivəsində Azərbaycanın qazandığı təcrübə və əldə etdiyi nəticələr, ölkəmizin COP-31-in Sədrliyini həyata keçirəcək Avstraliya və ev sahibi Türkiyə ilə sıx əməkdaşlığı barədə məlumat verib.
Görüşdə Xəzər dənizi üzrə ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Bu çərçivədə Xəzər dənizi ilə bağlı yaradılmış ikitərəfli İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Xəzər dənizinin su ehtiyatlarının və unikal ekosisteminin qorunmasının vacibliyi qeyd edilərək, bu istiqamətdə, o cümlədən kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Комментарии
Загрузка…
Оставить комментарий