- В рамках госпрограммы строится канализационный коллектор длиной 23 км и очистное сооружение мощностью 100 тыс. кубометров в сутки.
- Проект улучшит канализационное обеспечение восьми жилых массивов: Ходжасан, Сулутепе, Шонгар, Локбатан, Ясамал, Бадамдар, Баил и Бибиэйбат.
- Очищенные сточные воды после дезинфекции ультрафиолетом будут сбрасываться в море по трубопроводу диаметром 1600 мм и длиной 2,7 км.
- Строительство начато в 2025 году, завершение планируется в 2028 году.
- Работы по строительству подводящего коллектора выполнены на 50%.
Day.Az -ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, layihə çərçivəsində ümumi uzunluğu 23 kilometr olan gətirici kanalizasiya kollektoru və sutkalıq məhsuldarlığı 100 min kubmetr təşkil edən tullantı sutəmizləyici qurğu inşa olunur.
İri Şəhərlərin Su Təchizatının mətbuat katibi Ceyhun Musaoğlunun sözlərinə görə, layihə nəticəsində Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan, Yasamal, Badamdar, Bayıl və Bibiheybət yaşayış massivlərinin kanalizasiya təchizatı yaxşılaşdırılacaq. Bununla yanaşı, Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması da nəzərdə tutulur.
Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin böyük məsləhətçisi, mühəndis Mürsəl Ələşrəfov bildirib ki, layihə çərçivəsində nasos stansiyası, barmaqlıqlar, qum və yağtutucular, biofosfor və havalandırma hovuzları, son durulducu hovuzlar, disk filtrlər, ultrabənövşəyi şüalarla dezinfeksiya (UVE) qurğusu, enerji mərkəzi və digər infrastruktur tikiləcək. Təmizlənmiş tullantı suları dezinfeksiya mərhələsindən sonra dənizə axıdılacaq, bunun üçün dənizdə diametri 1600 mm, uzunluğu 2,7 kilometr olan metal boru xətti çəkiləcək.
Məlumata görə, hazırda qum və yağtutucu qurğularında armatur və qəlib işləri, biofosfor və havalandırma hovuzlarında tikinti-quraşdırma, inzibati binada isə hörgü işləri davam etdirilir. Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi üzrə işlərin 50 faizi artıq tamamlanıb.
Qeyd edək ki, layihənin icrasına 2025-ci ildə başlanılıb və onun 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Layihənin tamamlanması tullantı sularının ətraf mühitə mənfi təsirinin azaldılmasına, ekoloji təhlükəsizliyin gücləndirilməsinə və əhalinin sanitariya şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.
Комментарии
Загрузка…
Оставить комментарий