- Эксперт по вредным привычкам Махбуба Мехдиева заявила, что среди молодежи наиболее распространена цифровая зависимость.
- Социальные сети, онлайн-игры и цифровые платформы вызывают кратковременное чувство удовлетворения за счет выброса дофамина.
- Зависимость возникает, когда человек ставит определенное поведение выше других важных сфер жизни.
- Причинами зависимости могут быть недостаток любви, избыток внимания, внутренняя пустота, психологическое напряжение или желание самоутвердиться.
- Эксперт рекомендует поддерживать людей с зависимостью и побуждать их обращаться за профессиональной помощью, а не осуждать.
Day.Az -a açıqlamasında zərərli vərdişlər üzrə ekspert Məhbubə Mehdiyeva bildirib ki, müasir dövrdə gənclər arasında ən geniş yayılmış asılılıq rəqəmsal asılılıqdır.
O, qeyd edib ki, əvvəlki nəsillərlə müqayisədə bugünkü gənclərin maraqları, məqsədləri və mükafat sistemi dəyişib.
"Sosial şəbəkələr, onlayn oyunlar və rəqəmsal platformalar beyində dopamin ifrazını artıraraq qısa müddətli məmnunluq hissi yaradır. Xüsusilə oyunlarda uğur qazanmaq və sosial mediada diqqət görmək gənclərin beynində mükafat mexanizmini aktivləşdirir. Asılılıq o zaman yaranır ki, insan müəyyən davranışı həyatının digər vacib sahələrindən üstün tutsun. İnsanları asılılığa aparan tək bir səbəb yoxdur. Bu, sevgisizlikdən, həddindən artıq diqqətdən, daxili boşluqdan, psixoloji gərginlikdən və ya özünü təsdiq etmək istəyindən qaynaqlana bilər. Əslində hər bir insanın həyatında doldurmağa çalışdığı müəyyən boşluqlar olur və bu boşluqlar müxtəlif yollarla kompensasiya edilir. Asılılıq yaşayan insanları qınamaq əvəzinə, onlara dəstək göstərmək və peşəkar yardım almağa təşviq etmək daha doğru yanaşmadır", - deyə o bildirib.
"Sosial şəbəkələr, onlayn oyunlar və rəqəmsal platformalar beyində dopamin ifrazını artıraraq qısa müddətli məmnunluq hissi yaradır. Xüsusilə oyunlarda uğur qazanmaq və sosial mediada diqqət görmək gənclərin beynində mükafat mexanizmini aktivləşdirir. Asılılıq o zaman yaranır ki, insan müəyyən davranışı həyatının digər vacib sahələrindən üstün tutsun. İnsanları asılılığa aparan tək bir səbəb yoxdur. Bu, sevgisizlikdən, həddindən artıq diqqətdən, daxili boşluqdan, psixoloji gərginlikdən və ya özünü təsdiq etmək istəyindən qaynaqlana bilər. Əslində hər bir insanın həyatında doldurmağa çalışdığı müəyyən boşluqlar olur və bu boşluqlar müxtəlif yollarla kompensasiya edilir. Asılılıq yaşayan insanları qınamaq əvəzinə, onlara dəstək göstərmək və peşəkar yardım almağa təşviq etmək daha doğru yanaşmadır"
, - deyə o bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий