- Испанская деревня Аренильяс в регионе Сория запустила программу привлечения новых жителей.
- Семьям, переезжающим на постоянное место жительства, предоставляется бесплатное жилье.
- Новые жители оплачивают только коммунальные услуги.
- Один член семьи получает постоянную работу по ремонту и благоустройству, а также управление единственным баром.
- Программа ориентирована на семьи с детьми школьного возраста; требуется право на проживание и работу в Испании или ЕС.
Day.Az xarici mediaya istinadən xəbər verir ki, təşəbbüsə əsasən, kəndə daimi köçəcək ailələrə bələdiyyənin balansında olan yaşayış evi ödənişsiz təqdim ediləcək.
Sakinlər yalnız istifadə etdikləri kommunal xidmətlərin xərcini ödəyəcəklər.
Kəndə köçən ailələrdən bir nəfər daimi işlə təmin olunacaq. O, yaşayış məntəqəsində təmir və abadlıq işlərində çalışacaq, eyni zamanda kənddə fəaliyyət göstərən yeganə barın idarəçiliyini həyata keçirəcək.
Proqram ilk növbədə məktəb yaşlı övladları olan ailələrə ünvanlanıb. Müraciət etmək istəyən şəxslərin İspaniyada və ya Avropa İttifaqı ölkələrindən birində yaşamaq və işləmək hüququna malik olması şərtdir. Layihə çərçivəsində xarici vətəndaşlara viza və ya yaşayış icazəsi təqdim edilmir.
Комментарии
Загрузка…
Оставить комментарий