- В Товузе задержан Юсиф Исазаде, у которого изъято 2 кг марихуаны, героин и метамфетамин.
- Задержан Аскер Гусейнов, подозреваемый в наркокурьерстве, изъято 1 кг марихуаны и героина.
- Возбуждено уголовное дело, подозреваемые арестованы по решению суда.
Tovuzda 3 kiloqram narkotik vasitə aşkarlanıb.
Day.Az -ın məlumatına görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif İsazadə saxlanılıb.
Onun əlindəki çantaya baxış zamanı 2 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Əskər Hüseynov da saxlanılıb. Ondan çəkisi 1 kiloqram olan marixuana və heroin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Комментарии
Загрузка…
Оставить комментарий