Türkiyəli müğənni Sərdar Ortaç səhhətindəki problemlərlə yenidən gündəmə gəlib.
Day.Az Milli.Az -a istinadən xəbər verir ki, uzun illərdir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən sənətçi klip çəkilişi zamanı ayağa qalxmaqda çətinlik yaşayıb. Jurnalistlərə açıqlama verən Ortaç xəstəxanada 30 gün müalicə aldığını bildirib.
Müğənni ayaqlarının vəziyyətinin yaxşı olmadığını qeyd edərək, hələlik ayaq üstə dayanmaqdan çəkinməli olduğunu deyib. Bu səbəbdən klip çəkilişini də oturaq vəziyyətdə başa vurub.
Комментарии
Загрузка…
Оставить комментарий