- Президент Азербайджана утвердил План мероприятий на 2026-2030 годы по реализации Стратегии занятости.
- План включает 6 разделов и 50 мероприятий, в том числе внедрение гибких моделей рабочего времени.
- Эксперт Сахиб Мамедов отметил актуальность гибкого графика для медиа, НПО и религиозных организаций.
- В новом плане предусмотрено использование искусственного интеллекта и создание рабочих мест на его основе.
- Планируется разработка нового Трудового кодекса с включением гибких режимов работы.
Prezident İlham Əliyevin təsdiqlədiyi
"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"
nda Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı modelinin yaradılması nəzərdə tutulur.
Day.Az -a açıqlamasında əmək məsələləri üzrə ekspert Sahib Məmmədov deyib ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2019-cu il tarixində təsdiq etdiyi Məşğulluq Strategiyası çərçivəsində iki tədbirlər planının hazırlanması nəzərdə tutulmuşdu.
Ekspert qeyd edib ki, onlardan birinin icrası artıq başa çatıb, növbəti mərhələni əhatə edən 2026-2030-cu illər üçün Tədbirlər Planı isə qəbul olunub.
"Yeni sənəd 6 bölmə və 50 tədbirdən ibarətdir. Tədbirlər arasında çevik iş rejimi modellərinin tətbiqi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi də yer alır. Bundan əlavə, əvvəlki tədbirlər planlarından fərqli olaraq, süni intellektdən istifadə, süni intellekt əsaslı iş yerlərinin yaradılması kimi müasir yanaşmalar da sənədə daxil edilib. Çevik iş rejiminin tətbiqi müasir əmək bazarının tələbləri baxımından olduqca aktual hesab olunur. Gələcəkdə yeni Əmək Məcəlləsinin hazırlanması və burada müxtəlif əmək münasibətlərini əhatə edən çevik iş rejimi modellərinin nəzərdə tutulması məqsədəuyğun hesab edilir. Xüsusilə media, qeyri-hökumət təşkilatları, dini qurumlar və digər spesifik fəaliyyət sahələri üçün fərqli iş rejimlərinin hüquqi əsaslarının müəyyənləşdirilməsi zəruridir," - o bildirib.
"Yeni sənəd 6 bölmə və 50 tədbirdən ibarətdir. Tədbirlər arasında çevik iş rejimi modellərinin tətbiqi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi də yer alır. Bundan əlavə, əvvəlki tədbirlər planlarından fərqli olaraq, süni intellektdən istifadə, süni intellekt əsaslı iş yerlərinin yaradılması kimi müasir yanaşmalar da sənədə daxil edilib. Çevik iş rejiminin tətbiqi müasir əmək bazarının tələbləri baxımından olduqca aktual hesab olunur. Gələcəkdə yeni Əmək Məcəlləsinin hazırlanması və burada müxtəlif əmək münasibətlərini əhatə edən çevik iş rejimi modellərinin nəzərdə tutulması məqsədəuyğun hesab edilir. Xüsusilə media, qeyri-hökumət təşkilatları, dini qurumlar və digər spesifik fəaliyyət sahələri üçün fərqli iş rejimlərinin hüquqi əsaslarının müəyyənləşdirilməsi zəruridir,"
- o bildirib.
S.Məmmədov əlavə edib ki, ənənəvi iş rejimində iş vaxtı əvvəlcədən müəyyən olunmuş qrafik üzrə təşkil edilir:
"Məsələn, iş günü saat 09:00-da başlayır, nahar fasiləsi 13:00-14:00 aralığında olur və iş saat 18:00-da başa çatır. Çevik iş rejimində isə iş vaxtı sabit saatlara bağlanmır. İşçi əmək funksiyasının xüsusiyyətlərini nəzərə alaraq iş qrafikini daha sərbəst şəkildə formalaşdırır və iş prosesini nəticəyönümlü prinsiplər əsasında təşkil edir. Belə iş rejimi xüsusilə jurnalistlər, yaradıcı peşə sahibləri və fəaliyyəti daim hərəkətdə olmağı tələb edən əməkdaşlar üçün daha əlverişlidir. Məsələn, jurnalist bir gün işə səhər saatlarında başlaya, növbəti gün günorta saatlarında fəaliyyət göstərə və ya axşam keçirilən tədbiri işıqlandırmaq üçün iş vaxtını fərqli şəkildə planlaşdıra bilər. Bu modeldə əsas meyar iş yerində konkret saat ərzində olmaq deyil, işin vaxtında və keyfiyyətlə yerinə yetirilməsidir. Dünyanın bir çox ölkəsində və iri şirkətlərdə çevik iş rejiminin tətbiqi həm əmək məhsuldarlığının, həm də iqtisadi səmərəliliyin artmasına müsbət təsir göstərib", - o deyib.
"Məsələn, iş günü saat 09:00-da başlayır, nahar fasiləsi 13:00-14:00 aralığında olur və iş saat 18:00-da başa çatır. Çevik iş rejimində isə iş vaxtı sabit saatlara bağlanmır. İşçi əmək funksiyasının xüsusiyyətlərini nəzərə alaraq iş qrafikini daha sərbəst şəkildə formalaşdırır və iş prosesini nəticəyönümlü prinsiplər əsasında təşkil edir. Belə iş rejimi xüsusilə jurnalistlər, yaradıcı peşə sahibləri və fəaliyyəti daim hərəkətdə olmağı tələb edən əməkdaşlar üçün daha əlverişlidir. Məsələn, jurnalist bir gün işə səhər saatlarında başlaya, növbəti gün günorta saatlarında fəaliyyət göstərə və ya axşam keçirilən tədbiri işıqlandırmaq üçün iş vaxtını fərqli şəkildə planlaşdıra bilər. Bu modeldə əsas meyar iş yerində konkret saat ərzində olmaq deyil, işin vaxtında və keyfiyyətlə yerinə yetirilməsidir. Dünyanın bir çox ölkəsində və iri şirkətlərdə çevik iş rejiminin tətbiqi həm əmək məhsuldarlığının, həm də iqtisadi səmərəliliyin artmasına müsbət təsir göstərib"
, - o deyib.
Əmək məsələləri üzrə ekspert vurğulayıb ki, çevik iş rejiminin tətbiqi özəl və dövlət sektorlarında fərqli hüquqi mexanizmlər tələb edir.
"Özəl sektor hazırkı qanunvericiliyin tələblərinə və işçilərin əmək hüquqlarını məhdudlaşdırmamaq şərti ilə bu modeli müəyyən dərəcədə tətbiq edə bilər. Hazırda qəbul edilmiş Tədbirlər Planı çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulur və bu araşdırmaların nəticələrinə əsasən gələcəkdə çevik iş qrafiklərinin tətbiqi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi mümkün ola bilər", - o sonlandırıb.
Комментарии
Загрузка…
Оставить комментарий