- За неделю произошло 672 пожара
- Проведено 48 спасательных операций при безвыходных ситуациях
- Спасено 55 человек, из них 15 детей
- Эвакуировано 30 человек
- Обнаружено 9 тел погибших
Day.Az xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 672 yanğın hadisəsinə çıxış edilib. Bununla yanaşı, 48 köməksiz vəziyyətdə qalma və 5 yol-nəqliyyat hadisəsi ilə bağlı qəza-xilasetmə əməliyyatı həyata keçirilib.
Nazirlikdən bildirilib ki, operativ görülən tədbirlər nəticəsində yanğınlar qısa müddətdə söndürülüb, insanların həyat və sağlamlığının qorunması istiqamətində zəruri tədbirlər görülüb.
Həftə ərzində FHN qüvvələri 15-i azyaşlı olmaqla ümumilikdə 55 nəfəri xilas edib, 30 nəfəri təhlükəli ərazilərdən təxliyə edib. Həmçinin 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Комментарии
Загрузка…
Оставить комментарий