- Документальный фильм 'Два дня июля' будет показан на Space TV 22 июля.
- Фильм посвящен двум знаменательным датам: 14 июля 1969 года (приход Гейдара Алиева к руководству) и 22 июля 1990 года (его возвращение в Нахчыван).
- Фильм подчеркивает преемственность политического курса и стратегического видения развития Азербайджана.
- В фильме участвуют государственные деятели и интеллигенция, бывшие свидетелями и участниками тех событий.
- Автор идеи — Аяз Мустафаев, сценарист — Сахил Тахирли, режиссер — Арзу Гасанов.
Film Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi hesab edilən iki iyul gününə fərqli rakursdan nəzər salır. Ekran əsərində 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlişi ilə başlanan inkişaf mərhələsi və 1990-cı il iyulun 22-də onun doğma Naxçıvana qayıdışı ilə ölkənin müstəqillik yolunda yeni siyasi mərhələnin əsaslarının formalaşması paralel xətt üzrə təqdim edilir.
Sənədli filmdə vurğulanır ki, bu iki tarix arasında ötən 21 il təkcə zaman fərqi deyil, həm də vahid siyasi xəttin, dövlətçilik düşüncəsinin və Azərbaycanın gələcəyinə hesablanmış strateji baxışın davamıdır. Filmdə birinci iyul gününün ölkənin iqtisadi, sosial və mənəvi inkişafı üçün möhkəm təməllərin qoyulduğu dövrün başlanğıcı, ikinci iyul gününün isə həmin potensialın müstəqil dövlət quruculuğu mərhələsində siyasi dayağa çevrildiyi tarixi mərhələ olduğu real faktlar əsasında təqdim edilir.
Filmdə hər iki tarixi dövrün şahidi və iştirakçısı olmuş görkəmli dövlət xadimləri və ziyalılar müsahib qismində çıxış edərək həmin dövrün ictimai-siyasi prosesləri, qəbul olunan mühüm qərarlar və onların Azərbaycanın inkişafına təsiri barədə dəyərləndirmələrini bölüşürlər.
"İyulun iki günü" sənədli filminin ideya müəllifi Ayaz Mustafayev, ssenari müəllifi Sahil Tahirli, məsləhətçisi İlham Tumas, rejissoru Arzu Həsənov, redaktoru isə Pərvin İsmayılovadır. "İyulun iki günü" sənədli filmi iyulun 22-də Space TV-nin efirində tamaşaçılara təqdim olunacaq.
Комментарии
Загрузка…
Оставить комментарий