Day.Az xəbər verir ki, Ermənistan KİV-ə görə, bu barədə ölkənin XİN rəhbəri Ararat Mirzoyan qanunvericiliklə bağlı təşəbbüsün müzakirəsi zamanı bildirib.

Erməni ali diplomat vurğulayıb ki, bu sazişin imzalanması ilə İrəvan və Vaşinqton infrastruktur layihələrinin inkişafı vasitəsilə Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsini hədəfləyirlər.

Mirzoyanın sözlərinə görə, TRIPP layihəsinin tam təsisatının yekunlaşması üçün səhmdarlar haqqında sazişin və TRIPP şirkətinin nizamnaməsinin də imzalanması tələb olunur və bu istiqamətdə işlər davam etdirilir.

Sənəd Ermənistanın Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəcəyi təqdirdə qanun layihəsi ratifikasiya olunması üçün parlamentə göndəriləcək.