- Банковский эксперт Эмин Керимов высказался за снижение процентных ставок по кредитам в регионах.
- Предлагается предоставление льготных, долгосрочных и субсидируемых государством кредитов для бизнеса, аграрного сектора и фермерских хозяйств.
- Льготные кредиты должны стимулировать экономическую активность, создание рабочих мест и снижение миграции из сел в города.
- Расширение бизнес-, агро- и микрокредитов приведет к росту числа рабочих мест и формированию крупных бизнес-структур.
- Эксперт отметил, что интенсивная миграция из регионов в крупные города сокращает население сел и ограничивает возможности занятости.
Day.Az -a açıqlamasında bank eksperti Emin Kərimov deyib ki, regionlarda iqtisadi inkişafın sürətləndirilməsi üçün biznes sahəsinə xüsusi imtiyazların və güzəştli kreditlərin verilməsi daha məqsədəuyğun addım olar.
O, qeyd edib ki, xüsusilə sahibkarlığın, aqrar biznesin və fermer təsərrüfatlarının inkişafını stimullaşdırmaq məqsədilə daha aşağı faizli, uzunmüddətli və dövlət tərəfindən subsidiyalaşdırılan kreditlərin əlçatanlığının artırılması həm iqtisadi fəallığın yüksəlməsinə, həm də kənd əhalisinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verə bilər.
"Belə maliyyə dəstəyi regionlarda biznes mühitini daha cəlbedici edər, yeni investisiyaların cəlb olunmasına və yerli iqtisadiyyatın güclənməsinə şərait yaradar. Xüsusilə kənd təsərrüfatının müxtəlif istiqamətləri - əkinçilik, heyvandarlıq, maldarlıq, qoyunçuluq və digər sahələr üzrə fəaliyyət göstərən təsərrüfatlara verilən güzəştli kreditlərin həcminin artırılması istehsalın genişlənməsinə və yeni biznes subyektlərinin yaranmasına təkan verər. Bununla yanaşı, istehsal və xidmət sahələrinin yaradılması üçün nəzərdə tutulan biznes, aqro və mikro kreditlərin genişləndirilməsi regionlarda daha çox iş yerlərinin açılmasına, iri biznes strukturlarının formalaşmasına və sahibkarlıq fəaliyyətinin inkişafına stimul yaradar. Nəticədə regionların iqtisadi potensialı daha səmərəli şəkildə reallaşdırılar," - deyə o bildirib.
"Belə maliyyə dəstəyi regionlarda biznes mühitini daha cəlbedici edər, yeni investisiyaların cəlb olunmasına və yerli iqtisadiyyatın güclənməsinə şərait yaradar. Xüsusilə kənd təsərrüfatının müxtəlif istiqamətləri - əkinçilik, heyvandarlıq, maldarlıq, qoyunçuluq və digər sahələr üzrə fəaliyyət göstərən təsərrüfatlara verilən güzəştli kreditlərin həcminin artırılması istehsalın genişlənməsinə və yeni biznes subyektlərinin yaranmasına təkan verər. Bununla yanaşı, istehsal və xidmət sahələrinin yaradılması üçün nəzərdə tutulan biznes, aqro və mikro kreditlərin genişləndirilməsi regionlarda daha çox iş yerlərinin açılmasına, iri biznes strukturlarının formalaşmasına və sahibkarlıq fəaliyyətinin inkişafına stimul yaradar. Nəticədə regionların iqtisadi potensialı daha səmərəli şəkildə reallaşdırılar,"
- deyə o bildirib.
Ekspert əlavə edib ki, hazırda regionlardan iri şəhərlərə müşahidə olunan intensiv miqrasiya kəndlərdə əhalinin azalmasına və məşğulluq imkanlarının məhdudlaşmasına səbəb olur:
"Güzəştli kredit mexanizmlərinin genişləndirilməsi isə insanların doğma bölgələrində qalaraq öz təsərrüfatlarını qurmasına, yeni istehsal və xidmət sahələri yaratmasına imkan verər. Bu, həm urbanizasiyanın təsirlərinin müəyyən qədər qarşısının alınmasına, həm də regionların sosial-iqtisadi inkişafının sürətlənməsinə xidmət edər", - deyə o yekunlaşdırıb.
Комментарии
Загрузка…
Оставить комментарий