Day.Az xəbər verir ki, stress, yuxu pozğunluğu, fiziki hərəkətsizlik, bəzi dərmanlar və vitamin çatışmazlığı da yaddaşa mənfi təsir göstərə bilər.

Mütəxəssis bildirib ki, mühüm görüşlərin unudulması, eyni sualların təkrar verilməsi, əşyaların tez-tez itirilməsi, tanış yerlərdə yolu azmaq və danışarkən söz tapmaqda çətinlik çəkmək ciddi siqnallar hesab olunur. Bu dəyişiklikləri çox vaxt ilk olaraq yaxınlar və iş yoldaşları müşahidə edirlər.

Həkim qeyd edib ki, yaddaş zəifləməsi demensiya ilə yanaşı, depressiya, xroniki yuxusuzluq, B12 vitamini çatışmazlığı, qalxanabənzər vəzi xəstəlikləri, insult və ya kəllə-beyin travmalarından sonra da yarana bilər. Əgər unutqanlıq uzun müddət davam edir və getdikcə güclənirsə, mütləq həkimə müraciət etmək tövsiyə olunur.