- В Институте географии проводятся исследования изменений уровня Каспийского моря.
- Ежегодно проводятся мониторинги в северной, центральной и южной частях азербайджанского сектора Каспия.
- Снижение уровня моря негативно влияет на экосистему, ослабляя растительность и ограничивая кормовую базу рыб.
- Обмеление акваторий портов затрудняет безопасное движение и швартовку судов.
- Исследования направлены на научную оценку изменений и разработку мер по снижению рисков.
Bu barədə AZƏRTAC -a institutdan məlumat verilib.
Bildirilib ki, tədqiqatların nəticələrinin qiymətləndirilməsi məqsədilə hər il Xəzər dənizinin Azərbaycan sektorunun şimal, mərkəzi və cənub hissələrində monitorinqlər aparılır. Müşahidələr dənizdə baş verən dəyişikliklərin dinamikasını izləməyə və onların mümkün təsirlərini müəyyən etməyə imkan verir.
Mütəxəssislərin sözlərinə görə, dəniz səviyyəsinin azalması ilk növbədə ekosistemə mənfi təsir göstərir. Su hövzəsində bitki örtüyünün zəifləməsi və balıqların qida bazasının məhdudlaşması biomüxtəlifliyə mənfi təsir göstərərək gələcəkdə daha ciddi ekoloji problemlər yarada bilər.
Müşahidələrə əsasən, dəniz səviyyəsinin enməsi iqtisadi fəaliyyət sahələrinə də təsirsiz ötüşmür. Liman akvatoriyalarının dayazlaşması gəmilərin təhlükəsiz hərəkətini və yan almasını çətinləşdirir, sahilboyu neft terminallarının, boru kəmərlərinin, estakadaların və digər infrastruktur obyektlərinin fəaliyyətinə mənfi təsir göstərir. Bununla yanaşı, sahilyanı turizm və dəniz təsərrüfatı sahələrində də iqtisadi itkilərin yaranması riski artır.
İnstitutda aparılan tədqiqatların məqsədi Xəzər dənizində baş verən dəyişikliklərin elmi əsaslarla qiymətləndirilməsi, mümkün risklərin müəyyənləşdirilməsi və onların təsirlərinin azaldılmasına xidmət edən tədbirlərin hazırlanmasına elmi dəstək verməkdir.
Комментарии
Загрузка…
Оставить комментарий