Məlumata əsasən, evi havalandırmaq üçün ən uyğun vaxt səhər tezdən və ya gecə saatları hesab olunur. Bu saatlarda xarici hava nisbətən sərin olduğundan otağın temperaturunu aşağı salmağa kömək edir.

Bundan əlavə, gün ərzində pərdələrin və jalüzlərin bağlı saxlanılması tövsiyə edilir. Bu üsul günəş şüalarının birbaşa otağa daxil olmasının qarşısını alaraq evin daha sərin qalmasına şərait yaradır.