Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur.

Test imtahanı mərhələsinin ilk günündə 8024 namizəd dəvət olunub. Ümumilikdə 95% davamiyyət qeydə alınıb.

Nəzərinizə çatdırırıq ki, bu gün təşkil olunan nüəllimlərin işə qəbulu prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 15 iyul saat 12:00-dan etibarən başlanılacaq. Müraciətlər 48 saat (2 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Test imtahanı mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq.