- В Азербайджане фрилансеры и цифровые кочевники будут регистрироваться в налоговых органах.
- Законопроект о внесении изменений в Налоговый кодекс принят в третьем чтении.
- Фрилансеры и цифровые кочевники смогут получать налоговые льготы после регистрации.
- Фрилансер — физлицо, резидент индустриального или технологического парка, работающее по гражданско-правовому договору.
- Цифровой кочевник — иностранец или лицо без гражданства, получающее доход из зарубежных источников.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata (uçota) alındıqdan, sənaye yaxud texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə edilməsi) göstərə, eləcə də Vergi Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla vergi güzəştlərindən və azadolmalardan istifadə edə biləcəklər.
Qeyd edək ki, frilanser dedikdə muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında, müstəqil şəkildə və ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye yaxud texnologiyalar parkının rezidenti olan fiziki şəxs, rəqəmsal səyyah dedikdə isə rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs nəzərdə tutulacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Комментарии
Загрузка…
Оставить комментарий