- Операции по обязательному медицинскому страхованию будут проводиться в электронном виде.
- В закон 'О медицинском страховании' вносится понятие фонда обязательного медицинского страхования.
- Лекарства для амбулаторного лечения будут отпускаться по электронным рецептам.
- Сертификат обязательного медицинского страхования будет создаваться в электронной форме.
- Законопроект принят в третьем чтении.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinin tapıb.
Qanun layihəsində aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur:
"Tibbi sığorta haqqında" Qanuna icbari tibbi sığorta fondu anlayışının əlavə edilməsi;
icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi
sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılması;
icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada həmin informasiya sistemində yaradılması.
İcbari tibbi sığorta fondu dedikdə dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondu nəzərdə tutulacaq.
Layihənin qəbul edilməsi nəticəsində icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi əsaslarının təkmilləşdirilməsi, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin elektron resept əsasında verilməsinin qanunvericiliklə tənzimlənməsi və icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması təmin ediləcək, habelə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində səlahiyyətlərin yenidən bölgüsünə uyğunlaşdırılacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Комментарии
Загрузка…
Оставить комментарий