- IV Шушинский глобальный медиафорум начал второй день работы
- Тема второго дня: роль СМИ в укреплении мира, восстановлении правды и доверия
- Участники обсудят современные вызовы для мировых СМИ, роль журналистики в укреплении доверия и борьбу с дезинформацией
- В программе панельные дискуссии, выступления международных экспертов и представителей ведущих медиа
- Форум проходит 13-14 июля, посвящен развитию международного сотрудничества в медиасфере
IV Şuşa Qlobal Media Forumunun
"Sülhün təşviqində medianın rolu: həqiqətin bərpası və etimadın yenidən qurulması"
mövzusunda keçirilən ikinci günü öz işinə başlayıb.
Day.Az Trend -ə istinadən xəbər verir ki, forumun ikinci günündə iştirakçılar dünya mediasının üzləşdiyi müasir çağırışları, jurnalistikanın cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində rolunu, eləcə də dezinformasiyanın yayılmasına qarşı mübarizə məsələlərini müzakirə edəcəklər.
Proqrama panel müzakirələri, beynəlxalq ekspertlərin və aparıcı media qurumlarının nümayəndələrinin çıxışları daxildir.
İyulun 13-14-də keçirilən forum media sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, informasiya məkanının dayanıqlılığının artırılması və qlobal dialoqun gücləndirilməsi məsələlərinə həsr olunub.
Комментарии
Загрузка…
Оставить комментарий