Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının qeydə aldığı görüntülər əsasında ilin ilk altı ayında 1543 yol-nəqliyyat hadisəsi müəyyən edilib.

Qeyd olunub ki, baş vermiş hadisələrlə bağlı operativ tədbirlərin görülməsi məqsədilə NİİM əməkdaşları tərəfindən məlumatlar aidiyyəti üzrə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə ötürülüb.