Trend-in xüsusi müxbiri xəbər verir ki, tədbir zamanı iştirakçılara D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında media sahəsində əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə, jurnalistlərin peşəkar potensialının artırılmasına və müasir rəqəmsal həllərin tətbiqinə yönəlmiş mərkəzin fəaliyyətinin strateji istiqamətləri təqdim olunur.