- Проведены работы по благоустройству улицы 14 Июля и парка в Сураханском районе Баку.
- Восстановлены фонтан Гейдара Алиева, парк Ени Сураханы, памятник Шехидам и памятник на улице 14 Июля.
- Высажено 500 новых сосен, уложен газон, установлены 50 новых скамеек и современное освещение.
- Созданы зоны отдыха для всех возрастных групп, установлены 2 новые беседки и железные ограждения.
Suraxanı Rayon İcra Hakimiyyətindən Day.Az -a verilən məlumata görə, Görülən işlər nəticəsində həm ərazinin infrastrukturunu yenilənib, həm də sakinlər üçün rahat istirahət məkanları yaradılıb.
Burada Heydər Əliyev bulağı, Yeni Suraxanı parkı, Şəhidlər abidəsi və 14 İyul küçəsindəki abidə yenidən qurulub, yol kənarındakı obyektlərin fasadları üzlənib, hasarlarda suvaq və rəngləmə işləri aparılıb. Küçə boyu asfalt örtüyü yenilənib, tamet döşəmə və bordürlar çəkilib, piyadaların rahat və maneəsiz hərəkəti üçün müvafiq infrastruktur yaradılıb. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə 500 ədəd yeni şam ağacı əkilib və qazon örtüyü çəkilib.
Yeni Suraxanı parkı əsaslı təmir edilib, sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün tam şərait yaradılıb. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. 2 yeni söhbətgah və parkın ərazisində müasir işıqlandırma sistemləri və 50 ədəd yeni oturacaq quraşdırılıb. Parkın ətrafında təhlükəsizliyi təmin etmək məqsədilə dəmir məhəccərlər qurulub. Həyata keçirilən bu işlər ərazinin həm görünüşünü müasirləşdirib, həm də sakinlər üçün daha rahat və təhlükəsiz mühit yaradıb.
Комментарии
Загрузка…
Оставить комментарий