- Глава МИД Азербайджана Джейхун Байрамов заявил, что в ближайшее время появятся новости по проекту TRIPP.
- Первые переговоры по проекту TRIPP ведутся с США и Арменией.
- 8 августа президент Азербайджана Ильхам Алиев, президент США Дональд Трамп и премьер-министр Армении Никол Пашинян подписали совместную декларацию.
- Декларация предусматривает открытие Зангезурского коридора (маршрут Трампа) в рамках восстановления региональных связей.
- Главы МИД Азербайджана и Армении парафировали проект Соглашения о мире и межгосударственных отношениях.
Day.Az Trend -ə istinadən xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu fikirləri 9 İyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə ilə əlaqədar Fəxri xiyabanı ziyarəti sonrası jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, TRIPP layihəsi istiqamətində ilk danışıqlar ABŞ və Ermənistanla aparılır.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında" Sazişi paraflayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıblar.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий