- Картофельные ломтики прикладывают к горлу для облегчения боли.
- Научных доказательств того, что картофель вытягивает инфекцию, нет.
- Картофель действует как компресс, временно уменьшая отек и дискомфорт.
- Потемнение картофеля — естественная реакция на кислород, а не признак болезни.
- При высокой температуре, сильной боли или затрудненном дыхании необходимо обратиться к врачу.
Day.Az xəbər verir ki, kondisioner altında uzun müddət qalmaq, soyuq içkilərdən istifadə və temperatur dəyişiklikləri boğazda qıcıqlanma və ağrı yarada bilər.
Belə hallarda bəzi insanlar dərmanlardan əvvəl ev üsullarına müraciət edir. Xalq arasında geniş yayılan üsullardan biri isə boğaza kartof dilimləri bağlamaqdır.
Mütəxəssislər bildirirlər ki, kartofun boğazdakı infeksiyanı "çəkib çıxarması" ilə bağlı fikirlər elmi olaraq təsdiqlənməyib. Kartofun rahatlıq verməsinin əsas səbəbi isə onun kompres təsiri yaratmasıdır. Soyuq və ya bədən istiliyinə uyğunlaşan kartof dilimləri boyun nahiyəsində müvəqqəti rahatlama yarada, şişkinlik və narahatlıq hissini azalda bilər. Kartofun qaralması isə xəstəlik əlaməti deyil, havadakı oksigenlə təmas nəticəsində baş verən təbii dəyişiklikdir.
Bu üsulu sınamaq istəyənlər təmiz yuyulmuş kartofu nazik dilimlərə bölərək boğaz nahiyəsinə yerləşdirə və üzərini yumşaq parça ilə örtə bilərlər. Lakin yüksək hərarət, güclü boğaz ağrısı, udma və nəfəsalma çətinliyi olduqda yalnız ev üsullarına güvənmək düzgün deyil. Belə əlamətlər zamanı həkim müayinəsi vacibdir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий