- Турция и Великобритания подписали Соглашение о безопасности и оборонном партнерстве.
- Соглашение подписано в рамках саммита НАТО в Анкаре президентом Турции Эрдоганом и премьер-министром Великобритании Стармером.
- Соглашение направлено на укрепление сотрудничества в сферах сдерживания, обороны, военной промышленности, кибербезопасности, борьбы с терроризмом и космоса.
- Документ подтверждает приверженность обеих стран защите друг друга и Североатлантическому договору.
Day.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata əsasən, sənəd NATO-nun Ankara Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında keçirilən görüş zamanı imzalanıb.
Bildirilib ki, tərəfdaşlıq sənədi dəyişən Avro-Atlantik təhlükəsizlik mühiti fonunda NATO-nun iki aparıcı müttəfiqi kimi Türkiyə və Böyük Britaniyanın əməkdaşlığı daha da gücləndirmək və institusionallaşdırmaq iradəsini əks etdirir.
Qeyd olunub ki, sənəd tərəflərə çəkindirmə və müdafiə, hərbi əməkdaşlıq, müdafiə sənayesi və texnologiyaları, kibertəhlükəsizlik, hibrid təhdidlər, terrorizmlə mübarizə, dayanıqlılıq, mülki hazırlıq və kosmik sahə daxil olmaqla təhlükəsizlik və müdafiə siyasətinin siyasi-hərbi istiqamətləri üzrə məsləhətləşmələri dərinləşdirmək və yeni mexanizmlər vasitəsilə əməkdaşlığı genişləndirmək imkanı yaradacaq.
"Türkiyə və Böyük Britaniya Avro-Atlantik təhlükəsizliyinə əvəzolunmaz töhfələr verir, müdafiə xərclərini artırır, NATO-nun ehtiyac duyduğu imkanların gücləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirir və bu sənəd hər iki ölkənin bir-birinin müdafiəsinə, eləcə də Şimali Atlantika Müqaviləsinə sadiqliyini bir daha təsdiqləyir", - deyə vurğulanıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий