- США неоднократно совершали атаки на Иран, что привело к утрате эффективности ключевой части соглашения о прекращении войны.
- Иран обвиняет США в нарушении 10-го пункта Исламабадского меморандума о взаимопонимании, касающегося отмены разрешения на продажу иранской нефти.
- Иран заявляет о праве на самооборону в соответствии со статьей 15 Устава ООН и угрожает обстрелом мест, откуда исходят атаки.
- CENTCOM сообщил о завершении очередной атаки на Иран 7 июля, поразив более 80 целей высокоточными боеприпасами.
- Иран также обстрелял военные центры США в Бахрейне и Кувейте.
Day.Az xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyinin (XİN) yayımladığı bəyanatda öz əksini tapıb.
"İrana qarşı hücumların təkrarlanması, ABŞ hökumətinin İslamabad anlaşma memorandumunun 10-cu müddəasına əsasən öhdəlik götürdüyü İranın neft satışına icazənin ləğv edilməsinə dair ABŞ Xəzinədarlıq Departamentinin qərarı, İranın Hörmüz boğazında tətbiq etdiyi planların pozulması, İsrailin Livana qarı hərbi hücumları davam etməsi müharibəyə son qoyulmasına dair anlaşmanın memorandumunun əsas və önəmli hissələri effektini itirib. Bu gərginliyin mənfi nəticələrində ABŞ tərəfi məsuliyyət daşıyır", - deyə bəyanatda qeyd olunur.
İran XİN bildirir ki, İran bütün dövlətlər, xüsusilə Fars körfəzinin cənub hissəsində yerləşən qonşu ölkələrin İrana qarşı hücumlar həyata keçirmək üçün qarşı tərəflərə öz ərazi və imkanlarından istifadə etməyin qarşısını almaq üçün beynəlxalq hüquqi öhdəliyinin vacibliyini qeyd edir.
Bəyanata əsasən, İran ABŞ-nin hücumlarının dəfələrlə təkrarlanmasını kəskin şəkildə qınayır və BMT Təhlükəsizlik Şurası və BMT baş katibinin regional və beynəlxalq sülh qarşısındakı öhdəliyini xatırladır və qeyd edir ki, İran silahlı qüvvələri BMT Nizamnaməsinin 15-ci maddəsinə əsasən öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinin müdafiəsini təmin edir və İrana hücum olunan məkanları atəşə tutacaq.
Bildirək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) verdiyi açıqlamada qeyd edib ki, komandanlığın qüvvələri iyulun 7-də İrana qarşı növbəti hücum əməliyyatını başa çatdırıb və İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə son hücumlarına dərhal cavab olaraq yüksək dəqiqlikli sursatlarla 80-dən çox hədəfi vurub.
İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə tutduğunu bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий