- EIA прогнозирует добычу нефти в Азербайджане в 2026 году на уровне 0,55 млн баррелей в сутки, в 2027 году — 0,52 млн баррелей в сутки.
- Прогноз на 2025 год составляет 0,57 млн баррелей в сутки, что выше последующих лет.
- В 2025 году Азербайджан добыл 27,7 млн тонн нефти (включая газовый конденсат), экспортировал 23,1 млн тонн.
Bu barədə EIA-nın 2026-cı ilin iyul ayı üzrə qısamüddətli enerji proqnozunda bildirilib.
"Məlumata görə, Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə orta hesabla sutkada 0,55 milyon barel, 2027-ci ildə isə 0,52 milyon barel təşkil edəcəyi gözlənilir.
Bununla da EIA əvvəlki hesabatla müqayisədə Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişməz saxlayıb.
Proqnoza əsasən, göstərici 2025-ci il üzrə qiymətləndirilən sutkada 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalacaq.
EIA-nın qiymətləndirməsinə görə, hasilat cari ilin birinci rübündə orta hesabla sutkada 0,56 milyon barel olub, ikinci rübdə isə 0,55 milyon barelə enib. Üçüncü və dördüncü rüblərdə hasilatın sutkada 0,54 milyon barel səviyyəsində olacağı gözlənilir.
2027-ci ildə də oxşar dinamika proqnozlaşdırılır. Belə ki, birinci rübdə hasilatın sutkada 0,53 milyon barel, ikinci və üçüncü rüblərdə 0,52 milyon barel, dördüncü rübdə isə 0,51 milyon barel olacağı gözlənilir".
Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bunun 16,2 milyon tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının, 3,8 milyon tonu "Şahdəniz"in, 0,6 milyon tonu "Abşeron" yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyon ton neft ixrac olunub. Bunun 20 milyon tonunu konsorsiumlar, 2,5 milyon tonunu SOCAR, 0,6 milyon tonunu isə JOCAP həyata keçirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий